NAFİLƏ NAMAZLARI

vacib olmayan, ancaq qılındığı təqdirdə savab qazandıran namazlardır. Müsəlmanlar inanırlar ki, vacib namazlardan öncə və ya sonra nafilə namazlar qılmağın böyük savabı vardır. Çünki rəvayətlərə görə Məhəmməd peyğəmbər onları davamlı olaraq qılmışdır. Buna görə də, ilahiyyatçılar vacib namazları müşayiət edən nafilə namazları qılmağı təkidlə tövsiyə edirlər. Bunlardan başqa bəzi nafilə namazları da var ki, onların qılınması ilahiyyatçılar tərəfindən o qədər də təkidlə tövsiyə edilmir. Çünki rəvayətlərə görə Məhəmməd peyğəmbər onları bəzən qılmış, bəzən isə qılmamışdır. Bu kimi namazların qılınması da savab qazandırır. Bunlar təhəccud, istiharə və duha kimi namazlardır.
NAFİ İBN HÜRMÜZ
NAFİLƏLƏR